Bu bölgədə nağdsız ödənişlər artıb – 4 ayın hesabatı

16:40 - 19.05.2020


19 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi 25 milyon 579 min 979 manata çatıb.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

ABC.AZ MR-in Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, nağdsız ödənişlərin 15 milyon 735 min 831 manatı internet və digər ödəniş vasitələri, 9 milyon 844 min 148 manatı isə POS-terminallar vasitəsilə həyata keçirilib.

Özəl sektorda işçilərin əməkhaqlarının nağdsız (ödəniş kartları vasitəsilə) ödənilməsini təmin etmək məqsədilə 95 sahibkarlıq subyektlərində işləyən 840 muzdlu işçinin əməkhaqlarının plastik kartlara keçirilməsi təmin olunub.