11:42 - 19.05.2020
19 may, Fineko/abc.az. Apreldə Azərbaycanın həyata keçirdiyi ticarət əməliyyatlarının dəyəri açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycan 2 milyard 844,5 milyon ABŞ dolları ticarət əməliyyatı aparıb.
Ticarət əməliyyatlarının ümumi həcminin 744,8 milyon dolları idxalın, 2 milyard 99,6 milyon dolları isə ixracın payına düşüb.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026