15:30 - 14.05.2020
14 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, mayın 14-də valyuta hərracında banklara $54,7 mln satılıb.
"Valyuta hərracında banklar tərəfindən tələb $54,7 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.
Hərracın nəticələrinə görə, manatın dollara qarşı orta çəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026