11:34 - 13.05.2020
13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında da Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3% təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
O qeyd edib ki, bu müəyyən edilən hədəfdən aşağıdır və ilin sonuna qədər də bu cür qalacağını gözləyirik. Mərkəzi Bank sədri rəhbərlik etdiyi qurumun iqtisadiyyatın müxtəlif sahələrinə dəstək istiqamətində balanslı mövqe tutmağa çalışdığını vurğulayıb: "Son 1 ildə Azərbaycanda kredit portfeli 1,9% artıb. Biznes kreditləri üzrə 4,1% artım, istehlak kreditləri üzrə bu qədər azalma, o cümlədən ipoteka kreditləri isə 5,2% artım müşahidə edilib”.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026