10:35 - 13.05.2020
13 may, Fineko/abc.az. Bildiyiniz kimi mayın 12-də Azərbaycanda daha 2 bankın lisenziyası ləğv olunub.
ABC.AZ son 5 ildə bağlanmış bankları sizə təqdim edir. 2015-ci ildə də 2 bank bağlanıb. Belə ki, sözügedən ildə “Azərbaycan Kredit Bankı” və “Euro Bank”-ın lisenziyaları ləğv olunub.
Ən çox bank 2016-cı ildə bağlanıb. Həmin il “Atrabank”, “Bank of Azerbaijan”, “Bank Standard”, “Deka Bank”, “Gəncə Bank”, “Kredo Bank”, “Qafqaz İnkişaf Bankı”, “Para Bank”, “Texnika Bank”, “United Kredit Bank” və “Zamin Bank”-ın lisenziyaları ləğv edilib. 2017-ci ildə yalnız “Dəmir Bank” bağlanıb. 2020-ci il hələ tam bitməsə də, indidən artıq 4 bank bağlanıb. Bildiyiniz kimi bunlar “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank”-dır. Qeyd edək ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026