Qızıl 7 dollara yaxın bahalaşdı - Birja

10:04 - 7.05.2020


7 may, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiyməti açıqlanıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,40 ABŞ dolları bahalaşaraq 1 694,90 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,07 dollar artaraq 15,09 dollara satılıb.