17:09 - 11.01.2018
11 yanvar, Fineko/abc.az. Azərbaycanın Energetika Nazirliyində struktur dəyişiklikləri həyata keçirilib.
Nazirlikdən verilən məlumata əsasən, idarənin yeni strukturu, idarə aparatının optimallaşdırılması çərçivəsində təsdiq edilib.
“Aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb. Yeni yaradılmış struktur vahidlərindən biri nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir. Bundan başqa, nazirlikdə daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi formalaşdırılıb. Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub. Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb”, - məlumatda belə deyilir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026