15:48 - 11.01.2018
11 yanvar, Fineko/abc.az. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşib.
Energetika Nazirliyinin məlumatında xəbər verilir ki, toplantı fevralın 15-də keçiriləcək.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir”, - məlumatda belə deyilir.
“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə keçən il fevralın 23-də keçirilib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026