12:19 - 1.05.2020
1 may, Fineko/abc.az. Bu gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində, faiz dəhlizinin aşağı həddinin də 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilib.
ABC.AZ xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Baş bankir faiz dəhlizinin yuxarı həddinin 9%-dən 8%-ə endirilməsini kredit faizlərinin aşağı düşməsinə səbəb olacağını bildirib: "İnflyasiya bir qədər yüksəlsə də Mərkəzi Bankın 4%-6% olan hədəf aralığından aşağıdır.
Mərkəzi Bank inflyasiyanın ilin sonunadək hədəf aralığından aşağı qalacağını gözləyir".
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026