15:33 - 29.04.2020
29 aprel, Fineko/abc.az. Azərbaycanda kreditləşmə sistemi dəyişdirilməlidir.
ABC.AZ-ın məlumatına görə, bunu Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-nin efirində deyib.
Baş bankir qeyd edib ki, istehlak kreditləri xaricdən Azərbaycana idxala xidmət edir və buna görə ölkədəki kreditləşmə sistemini dəyişməliyik.
E.Rüstəmovun sözlərinə görə, elə kreditləşmə sisteminə keçilməlidir ki, tələb yox, təklif yaradılsın.
"Kreditlər daha çox real sektorun ehtiyaclarına yönəldilməlidir" deyə E.Rüstəmov bildirib.
Müəllif: Elmir Murad
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026