FED faiz qərarı açıqlayacaq - Dəyişikliyin olmayacağı gözlənilir

12:32 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Bu gün ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaq.

ABC.AZ-ın məlumatına görə, ekspertlər Fed-in faizdə dəyişikliyinə getməyəcəyi və 0,25% səviyyəsində saxlayacağını proqnozlaşdırıb.

Maliyyə mütəxəssisləri hesab edir ki, bu il Fed faizi sıfıra yaxın səviyyələrə endirib və bazarlara kömək olmaq fikrindədir. Fed bununla yanaşı şirkətlərin kredit axınını davam etdirmək üçün bir sıra təcili və fövqəladə kredit imkanları təqdim edib.

Qeyd edək ki, Fed-in balansı hal-hazırda 6.57 trilyon dollara çatmış vəziyyətdədir.

Müəllif: Elmir Murad