Üç ayda əməliyyat mənfəəti 30 faiz artan bank - Hesabat

12:31 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Rabitəbank” ASC 2020-ci ilin 1-ci rübü ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

ABC.AZ Bankın yanvar-mart aylarındakı maliyyə göstəricilərinə istinadən xəbər verir ki, sözügedən dövrdə bank bəzi göstəricilər üzrə qazanc əldə edib. Belə ki, "Rabitəbank"-ın faiz gəlirləri ötən ilin ik rübündə 10 milyon 75 min manat ikən, 2019-cu ilin ilk rübündə 11 milyon 475 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 2 milyon 82 min manatdan 3 milyon 266 min manata yüksəlib. Gəlirlərin artması ilə əlaqədar olaraq "Rabitəbank"-ın əməliyyat mənfəəti təxminən 30% artaraq 3 milyon 273 min manatdan 4 milyon 250 min manata yüksəlib.

Müəllif: Elmir Murad