AMB depozit hərracında 250 milyon manat cəlb edib

12:46 - 13.04.2020


13 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 250 mln. manat cəlb edib.

“AMB aprelin 13-də növbəti depozit hərracı keçirib və bu hərracda 250 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 426,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,85% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.