11:15 - 8.04.2020
8 aprel, Fineko/abc.az. “Bakı Sığorta” ASC 2019-cu ili 237 min manat xalis mənfəət ilə başa vurub.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 29% azdır. Belə ki, “Bakı Sığorta” ASC 2018-ci ili 334 min manat xalis mənfəətlə başa bağlamışdı.
Ötən il “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 86 min manat, cəmi xərcləri isə 1 milyon 789 min manat təşkil edib. Şirkət 296 min manatlıq əməliyyat mənfəətindən 59 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 109 min manat, cəmi xərcləri 1 milyon 691 min manat, əməliyyat mənfəəti (maliyyə mənfəəti) 418 min manat təşkil etmişdi. Şirkət həmin il maliyyə mənfəətindən 83 min 605 manat mənfəət vergisi ödəmişdi.
Müəllif: Elmir Murad
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026