Karantin rejimini pozan 5 mindən yuxarı şəxs saxlanıb

11:19 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Son 4 gün ərzində xüsusi karantin rejiminin pozan 5 446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinədən (BDYPİ) məlumat verilib. Məlumatda qeyd olunub ki, ümumilikdə aprelin 1-dən 01.04.2020-ci  respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 5 446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Müəllif: Elmir Murad