10:17 - 13.03.2020
13 mart, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatı haqda bu günlərdə çox danışırlar.
Azərbaycanın xarici borcu son illərdə görülən işlər sayəsində daxili məhsulumuzdan dəfələrlə aşağıya düşüb və hazırda çox konservativ xarici borcumuz var.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real tv-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bütövlükdə bu Azərbaycaba imkan verir ki, situasiyaya çox optimist baxaq.
E.Rüstəmov bildirib ki, burada iki yanaşma var: "Makroiqtisadi tarazlıq üçün əgər bu qısa müddətlidirsə ilin əvvəlindən hələki Azərbaycan büdcəsi üçün neftin qiyməti 58 dollardır. Əgər 1 həftə, 10 gün müddətinə neftin qiyməti öz məcrasına qayıdırsa biz cüzi bir şey itirəcəyik. Baxmayaraq ki, neftin qiyməti bu gün 34 dollardır, amma bütövlükdə ilin əvvəlindən bəri neftin qiyməti kifayət qədər yuxarı olub . Əgər bu qısa müddətli olursa bu, bir ssenaridir. Başqa bir ssenari əgər neftin qiyməti orta müddətlidirsə, dediyimiz 60 dollar səviyyəsində qalmırsa, 50,40, 30 dollar intervalına keçir. Azərbaycan iqtisadiyyatında kifayət qədər makro iqtisadi dayanıqlıq var ki, hər bu iki intervalda tarazlığını təmin etsin və maliyyə sabitliyini qoruyub saxlaya bilsin. Bunun üçün olduqca ciddi əsaslar var və yaradılıb".
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026