12:17 - 4.01.2018
4 yanvar, Fineko/abc.az. Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 250 milyon ton mənfəət nefti əldə edib.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, layihə iştirakçıları bu yataqdan artıq 18 ildir ki, mənfəət əldə edir.
2017-ci ilin dekabrın 1-dək gəlirli neftin həcmi 250 milyon ton təşkil etmişdir ki, bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 56%-ni təşkil edir”, - deyə X.Yusifzadə bildirib.
27 İyul 2026