10:32 - 5.03.2020
5 mart, Fineko/abc.az. Martın 4-də Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası və aparıcı kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib.
Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, görüşdə ölkənin əsas bankı tərəfindən bütün banklara, xüsusən aparıcı banklara biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verilib.
Bununla yanaşı regionlarda, xüsusən də kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması məsələləri ətraflı müzakirə olunub. Vurğulanıb ki, maliyyə-bank sektorunun qarşısında qoyulan əsas vəzifələrdən biri kimi mövcud kreditləşmə institutlarının regional fəaliyyətlərinin gücləndirilməsi, xüsusilə kənd təsərrüfatının kreditləşməsinin təminat məsələlərinin tənzimlənməsi imkanları diqqət mərkəzində saxlanılmalıdır.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026