AMB depozit hərracında 28 gün müddətinə 100 mln. manat cəlb edib

12:40 - 4.03.2020


4 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 100 mln. manat cəlb edib.

“AMB martın 4-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 620,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 28 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.