14:07 - 3.03.2020
3 mart, Fineko/abc.az. Rövşən Cavadov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam verib.Sərəncama əsasən, Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, R.Cavadov 2014-cü ildən hazırki tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026