Bank kartlarının sayı xeyli artıb – 15 faizdən çox

14:09 - 2.03.2020


2 mart, Fineko/abc.az. Azərbaycanda bank kartlarının sayı son bir ildə 15,1% artıb.

ABC.AZ Mərkəzi Banka  istinadən xəbər verir ki, bu ilin ilk ayında banklarda ödəniş kartlarının sayı 7 milyon 713 minə çatıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 163 min və ya 15,1% artıq deməkdir.

Belə ki, 2019-un əvvəlində ödəmə kartlarının sayı 6 milyon 550 min ədəd olmuşdu. Bu dövrdə kredit kartlarının sayı 44 min ədəd və ya 5% azalaraq 873 mindən 829 minə düşüb. Əməkhaqqı kartlarının sayı 14,7% artaraq 2 milyon 53 mindən 2 milyon 355 min ədədə yüksəlib.

Sosial kartlarının sayı isə 2 milyon 520 mindən 2 milyon 707 minə yüksələrək 187 min ədəd və ya 7,4% artıb.