11:54 - 2.03.2020
2 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 100 mln. manat cəlb edib.
“AMB martın 2-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərrac zamanı tələb 632,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026