17:06 - 27.02.2020
27 fevral, Fineko/abc.az. Səudiyyə Ərəbistanı hökuməti Ümrə və ziyarət (visit) vizası ilə səyahət edən bütün millətlər üçün ölkəyə girişi dayandırıb.
ABC.AZ xəbər verir ki, turizm vizası ilə səyahət edən, Çin - İran - İtaliya - Koreya - Yaponiya - Tayland - Malayziya - İndoneziya - Pakistan - Əfqanıstan - Filippin - Sinqapur - Hindistan - Livan - Suriya - Yəmən - Azərbaycan - Qazaxıstan - Özbəkistan - Somali - Vyetnam vətəndaşları üçün Səudiyyəyə giriş qadağan olunub.
Bununla yanaşı bütün Fars Körfəzi vətəndaşları üçün şəxsiyyət vəsiqələri ilə Səudiyyə Ərəbistanı Krallığına giriş dayandırılıb.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026