13:37 - 28.12.2017
28 dekabr, Fineko/abc.az. “Azərişıq” ASC bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
ASC-nin məlumatında deyildiyi kimi, bayramlarla əlaqədar gücləndirilmiş iş qrafiki dekabrın 31-dən yanvarın 3-nə qədər tətbiq ediləcək.
“Bayram və qeyri-iş günlərində ASC, enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər görəcək”, - “Azərişıq” ASC-nin məlumatında belə deyilir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026