17:27 - 27.12.2019
27 dekabr, Fineko/abc.az. “Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
ABC.AZ xəbər verir ki, Prezidentin imzaladığı Sərəncama əsasən, Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” ASC-yə ilkin olaraq 3 milyon manat ayrılıb.
Hazırda Ramana və Zabrat qəsəbələrində icra olunan layihələr çərçivəsində tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı və Maştağa qəsəbələrində isə layihələrin icrasına hazırlıq görülür.
Ramana qəsəbəsində icra olunan layihə Ramana kəndi adlanan ərazini əhatə edir. Bu ərazidə bir neçə il öncə içməli su şəbəkəsi yaradılıb və sakinlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Lakin qəsəbə ərazisində kanalizasiya şəbəkəsi mövcud olmadığında tulantı suları açıq kanallara və şambolara axıdılıb. Sakinlərin bu sahədəki probleminin aradan qaldırılması məqsədilə layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb.
Yeni layihə çərçivəsində qəsəbə ərazisində müxtəlif diametrli borularla 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir. Şəbəkə üzərində 600-dək kanalizasiya baxış quyusu tikiləcək və yeni şəbəkədən abonentlərə birləşmə veriləcək.
Tikinti-quraşdırma işlərinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu layihələr qəsəbə sakinlərinin dayanıqlı içməli su ilə təmin olunmasına, həçminin tullantı sularının axıdılmasında yaranan problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Layihənin icra olunduğu ərazilərdə yol infrastrukturlarının yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026