Elektron pullar xeyli ucuzlaşdı – Ən çox ucuzlaşanların SİYAHISI

17:08 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Kriptovalyuta bazarında elektron pulların qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, ən populyar olan 6 elektron puldan hamısı dəyər itirib. İçlərində dünən bahalaşanlar da dekabrın 25-də ucuzlaşaraq dəyər itiriblər. Ən çox ucuzlaşan Ethereum, Bitcoin Cash, Tron və Bitcoin olub.

Kriptovalyuta bazarındakı qiymətlərə təqdim etdiyimiz cədvəldən tanış ola bilərsiniz.

Kriptovalyuta Qiyməti Artıb-azalması
Bitcoin $7 276,02 -2,37%
Ethereum $125,63 -3,37%
Bitcoin Cash $188,18 -2,07%
Tether $0,999380 -1,11%
TRON $0,013426 -2,96%
Bitcoin SV $86,47 -1,01%