15:33 - 25.12.2019
25 dekabr, Fineko/abc.az. AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyinin irəli sürülməsi prosesinə başlayıb.
O, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.
Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026