Balıqlar da sığortalanacaq – Yeni Qərar

15:01 - 19.12.2019


19 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Nazirlər Kabineti aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalayıb.

ABC.AZ xəbər verir ki, təsir dairəsinə suda yetişdirilən məhsullar üzrə: akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.

Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Qeyd edilən məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərin himayəsini gücləndirəcək, istehsalı genişləndirmək üçün şəraiti təmin edəcək, məşğulluğa müsbət təsir göstərəcək, sadalanan məhsulların istehsalında artıma səbəb olacaq, bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə verəcək və sığorta bazarını gücləndirəcək.

Qeyd edək ki, bu ilin iyununda aqrar sığorta ilə bağlı Qanun qəbul edilib.

Müəllif: Elmir Murad