15:35 - 18.12.2019
18 dekabr,Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 7.362,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz çoxdur. Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 11,3 faiz artaraq 3.631,3 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,2 faiz artaraq 3.731,1 milyon manata çatıb.
Müəllif: Elmir Murad