Azərbaycanda elektron ticarətin parlaq gələcəyi var - Vüsal Qasımlı

10:58 - 26.11.2019


26 noyabr, Fineko/abc.az.   Elektron ticarətin inkişafı ilə bağlı bizim çoxlu çağırışlarımız var.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, elektron ticarətin inkişafi istiqamətində Azərbaycanda xeyli görüləsi işlər var. Sözügedən sahənin inkişafının bir sıra detallarından danışan V.Qasımlı bu istiqamətdə ölkə başçısının da çox böyük dəstəyi olduğunu qeyd edib: “Mən inanıram ki, prezidentin Azərbaycan iqtisadiyyatına böyük töfhə və dəstəyi sayəsində elektorn ticarətdə daha da inkişafa nail olacağıq. Və Azərbaycanda elektron ticarətin parlaq gələcəyi var”.

 

Müəllif: Elmir Murad