14:31 - 8.11.2019
8 noyabr, Fineko/abc.az. Quba rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Kadr məsələlərinin tənzimlənməsi” mövzusunda təlim keçirilib.
Agentlikdən ABC.AZ-a verilən məlumata görə, təlimdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Ağsu və Xızı rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin kadr məsələləri üzrə məsul əməkdaşları iştirak edib.
Təlim tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi ilə bağlı məsul əməkdaşları kadrlar sahəsində fəaliyyətlərinin təşkilinə dair məlumatlandırmaq və təlimatlandırmaq məqsədi ilə təşkil olunub.
Müəllif: Elmir Murad
27 İyul 2026