Bir həftədə bank sektorunun kredit həcmi 2 trilyonu keçib – Türkiyədə

11:41 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. Ötən həftənin sonunda Türkiyənin bank sektorunun kredit həcmi 2 trilyon 562 milyard 750 milyon lirə olub.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə müştərilərə verilən cəmi kreditlərin 434 milyard 416 milyon lirəsini və ya 17%-ni ev təsərrüfatlarına verilən kreditlər təşkil edib.

Bəhs olunan kreditlərin 190 milyard 969 milyon lirəsini ipoteka, 6 milyard 78 milyon lirəsini avtomobil və 237 milyard 368 milyon lirəsini ehtiyac kreditləri təşkil edib. İpoteka xaric istehlak kreditləri cəmi kreditlərin 9,5%-nə bərabərdir.

Müəllif: Elmir Murad