16:06 - 5.11.2019
5 noyabr, Fineko/abc.az. 30 İyun 2019-cu il tarixində “PAŞA Bank” 4 milyard 383 milyon 325 min manat cəmi aktivlərə malik olub.
ABC.AZ xəbər verir ki, bu barədə bankın açıqladığı maliyyə göstəricilərində qeyd olunub.
Hesabata əsasən, aktivlərin 1 milyard 681 milyon 818 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Qeyd edək ki, 2018-ci ilin sonunda bankın 4 milyard 695 milyon 717 min manatlıq cəmi aktivlərinin 1 milyard 320 milyon 893 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, 9 ay ərzində “PAŞA Bank”ın kredit portfeli 360 milyon 925 min manat artıb.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026