13:17 - 18.12.2017
18 dekabr, Fineko/abc.az. Azərbaycan, ixrac missiyalarının coğrafiyasını genişləndirmək niyyətindədir.
Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev mətbuat konfransında bildirib ki, 2017-ci ildə 10 missiya təşkil olunub, 2018-ci ildə isə daha 10 missiyanın təşkili planlaşdırılır.
“İxrac missiyaları əsasən prioritet bazarlarda, yəni, MDB ölkələri, xüsusilə Rusiya, Orta Asiya ölkələri, Fars körfəzi və Avropa Birliyi bazarlarında təşkil ediləcək”, - Abdullayev belə deyib.
Onun sözlərinə görə, hazırda yerli məhsulların ixracı üçün yeni potensial bazarlar araşdırılır.
30 İyul 2026
29 İyul 2026