15:21 - 31.10.2019
31 oktyabr, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, cari ilin doqquz ayında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni ayları ilə müqayisədə 3,4 % artaraq 15 milyard 19,9 milyon manat olub.
Qeyd olunur ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 6 milyard 859,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 % artaraq 8 milyard 160,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 28,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
30 İyul 2026