12:20 - 30.10.2019
30 oktyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,1 milyon dollar olub.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunan hesabata əsasən xəbər verir.
Qeyd olunur ki, 2019-cu ilin yanvar- oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 118 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026