17:30 - 23.10.2019
23 oktyabr, Fineko/abc.az. Azərbaycan Elmlər Akademiyasının (AMEA) prezidenti ölkə Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev seçilib.
Ötən gün səhhətinə görə bu vəzifədən istefa verən Akif Əlizadə Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
4 Avqust 2026
4 Avqust 2026