11:43 - 15.12.2017
15 dekabr, Fineko/abc.az. 2017-ci ilin 11 ayı ərzində Azərbaycanda neft hasilatı 35 413,1 min ton təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 6,1%-ə qədər azdır.
2017-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə əmtəə neftinin hasilat həcmi 35 343,8 min ton (6,2% eniş) təşkil edib.
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qaz hasilatı 26,051,2 milyon kubmetr (3% eniş) təşkil edib. Həmçinin, Azərbaycanda hesabat dövründə 16 606,1 milyon kubmetr əmtəə qazı hasil olunub (2,2% eniş).
2016-cı ildə Azərbaycanda neft hasilatı, qaz kondensatı daxil olmaqla, 41 029,5 min ton, qaz hasilatı isə 29 331,3 milyon kubmetr təşkil edib.
Azərbaycan hökuməti 2017-ci ildə neft hasilatını təxminən 38,4 milyon ton, qaz hasilatını isə 29 milyard kubmetr səviyyəsində proqnozlaşdırır.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026