16:17 - 30.08.2019
30 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ixracı 12,3 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard dollar və ya 14 % artıb.
Bu barədə “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayında dərc olunub.
Qeyd olunur ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 133 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında qeyri-neft sektoru üzrə ixrac 164 milyon dolları və ya 17 % artıb.
Cari ilin yanvar-iyul ayları ərzində Rusiyaya 395,9 milyon, Türkiyəyə 251,2 milyon, Gürcüstana 100,4 milyon, İsveçrəyə 88,3 milyon və İtaliyaya 32,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında Rusiyaya qeyri-neft ixracı 12 %, Türkiyəyə 17 %, Gürcüstana 23 %, İsveçrəyə 13 % və İtaliyaya 2,4 dəfə artıb.