12:42 - 8.12.2017
8 dekabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) 2018-ci ilin yanvar ayının ikinci yarısında Azərbaycanla aviasiya sazişinin imzalanacağına ümid edir.
Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, sazişin maddələrinin 99 faizi artıq razılaşdırılıb.
“Demək olar ki, mətn üzərində iş, bəzi hissələr istisna olmaqla, 99% yekunlaşıb. Qalan hissələr üzərində intensiv iş gedir”, - deyə Kestutis Yankauskas bildirib.