11:39 - 8.07.2019
8 iyul, Fineko/abc.az. "Azərişıq" ASC müxtəlif mal-materialların satınalınması üzrə tender elan edir.
Tender 6 Lot üzrə keçiriləcək:
Lot 1 KTM, yuva, panel və müxtəlif elektirik mallarının
Lot 2 Müxtəlif informasiya və kommunikasiya texnologiyaları mallarının
Lot 3 İnteryer avadanlığının
Lot 4 Tikinti və transformator təmiri üçün lazım olan mallarının
Lot 5 Müxtəlif dayaqların
Lot 6 Müxtəlif sayğac və aksessuarların satınalınması üzrə tender
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 15.07.2019 16:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22.07.2019 16:00 tarixinə qədər https://www.etender.gov.az/ portal vasitəsilə təqdim etməlidirlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.