12:41 - 4.06.2019
4 iyun, Fineko/abc.az. Vergilər nazirinin müavini Sahib Ələkbərov "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib ki, 2018-ci ildə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb, cari ildə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 4 dəfə az olub və 1 milyon vergi ödəyicisi üçün cəmi 176 səyyar vergi yoxlaması qeydə alınmışdır.
Daha sonra nazir müavini qeyd edib ki, cari ilin beş ayında vergilər nazirliyinin xətti ilə budcəyə 3 milyard 138 min manatdan çox vəsait daxil olmuşdurki, bu isə proqnoz tapşırığından 286,5 milyon manat çoxdur. Ötən ilə nisbətən büdcəyə vergi daxilolmalarının məbləği 262 milyon manat artmışdır.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026