15:47 - 13.05.2019
13 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilmə formatını dəyişməklə xidmətləri daha əlçatan edib.
Sosial aksiya əhalinin bilavasitə ərazi ofislərinə getmək kimi çətinliyini aradan qaldırır. Bölgələrdə yaşayan vətəndaşların daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətlərindən istifadəsini daha da optimallaşdırmaq məqsədilə artıq sosial kampaniya həftə ərzində fərqli ərazilərdə keçiriləcək.
Bu həftə səyyar qeydiyyat xidmətləri Neftçala və Salyan rayonlarının 5 kəndini əhatə edəcək. Sakinlər fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı, o cümlədən plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərini mobil ofisə təqdim edə bilər. Qeyd edək ki, səyyar ofisdə xidmətlər 09:00-dan 17:00-dək göstəriləcək.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026