16:08 - 27.11.2017
27 noyabr, Fineko/abc.az. Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının maaşı 1 dekabr 2017-ci il tarixindən qaldırılacaq.
BDU-dən verilən məlumata əsasən, rektorluğunun 24 noyabr 2017-ci il tarixli genişləndirilmiş iclasında universitetin bütün əməkdaşlarının əmək haqlarının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.
“Ayda 130 manata qədər nəzərdə tutulan artım, ali təhsil müəssisəsinin 3 mindən çox əməkdaşına şamil ediləcək”, - məlumatda belə deyilir.
Qərara əsasən, dekabrın 1-dən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və “Gənc istedadlar” liseyi kollektivinin əmək haqqı artırılacaq.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026