Kərəm Həsənov Mingəçevir şəhərində vətəndaş qəbulu keçirəcək

11:06 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 22 fevral 2019-cu il tarixində Mingəçevir şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Mingəçevir şəhəri ilə yanaşı Yevlax, Ağdaş, Bərdə rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.