13:47 - 12.02.2019
12 fevral, Fineko/abc.az. “Azərsu” ASC Bakının Binəqədi rayonunda su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə yeni layihənin həyata keçirilməsinə başlayıb.
ASC-in məlumatında deyilir ki, yeni içməli su şəbəkələri artıq Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yaradılır.
“Mövcud şəbəkələr su təchizatında çətinliklər yaradır. Belə ki, bu ərazilərdə tez-tez qəzalar baş verdiyindən və suyun təzyiqini artırmaq mümkün olmur. Nəticədə bəzi abonentlər normal qaydada su ala bilmir. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib”, - məlumatda belə deyilir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026