10:19 - 29.01.2019
29 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,75 dollar və yaxud 2,77% azalıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,48 dollar təşkil edir.
28 yanvar tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 1,70 dollar (3,2%) ucuzlaşaraq bir barelə 51,99 dollar təşkil etmişdir.
“ICE” birjasında bazar ertəsi günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 1,71 dollar (2,8%) enərək bir barelə 60,05 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 8,06 dollara bərabərdir.