17:09 - 23.01.2019
23 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşüb.
Görüş zamanı Erik Gebali şirkətin Azərbaycanda su infrastrukturunun inkişafı, ölkədə uğurlu əməkdaşlıq və onun genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Prezident İlham Əliyev bu əməkdaşlıq çərçivəsində həyata keçirilən işləri və su infrastrukturunun yaxşılaşdırılmasına “Suez Group” şirkətinin verdiyi töhfəni qeyd etdi.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026