13:12 - 15.01.2019
15 yanvar, Fineko/abc.az. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 279,3 milyon manat və ya 8,3% artaraq 3678,3 milyon manata çatıb.
Nazirliyin məlumatında deyilir ki, sosial sığorta daxilolmaları 246,5 milyon manat və ya 11,8% artaraq 2332,2 milyon manata çatıb.
“Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb. Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb”, - məlumatda belə deyilir.
30 İyul 2026