10:11 - 27.11.2026
27 noyabr, Fineko/abc.az. “Azərenerjikomplektləşdirmə” MMC-nin elektrik stansiyaları üçün energetik yağların alınması üzrə dövlət satınalması həyata keçirmişdir.
Satınalmanın ehtimal olunan dəyəri 3 mln 715 min 385 manat göstərilib.
Yağlar istehsalçının tələblərinə və istismar qaydalarına uyğun olaraq elektrik stansiyalarının avadanlıqlarında mövcud yağ ehtiyatını tamamlamaq və ya yağı dəyişdirmək üçün nəzərdə tutulub.
Tender üzrə müsabiqənin qalibi “Dostluq H – El” MMC olub.Qeyd edək ki, şirkət 2022-ci ildən ölkə ərazisində tikinti sahəsində fəaliyyət göstərir.
Müsabiqə avqustun 24-də elan edilib. Təkliflərin qəbulu sentyabrın 30-da saat 10:00-da başa çatıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026